Dost gəlişi bayram
olar
Belarusun incəsənət
ustaları Xaçmazda maraqlı konsert proqramı təqdim
ediblər
Belarus Respublikasının Mədəniyyət Günləri ilə bağlı ölkəmizə gəlmiş geniş nümayəndə heyəti iyunun 5-də Xaçmaza səfər edib. Xaçmaz şəhərinin girişində salınmış Çənlibel parkında qonaqların təmtəraqlı qarşılanma mərasimi olub.
Burada Belarus nümayəndə heyəti onlara təqdim olunan duz-çörək və şərbətdən dadıb, yerli incəsənət nümayəndələrinin ifasında milli rəqslərdən ibarət kompozisiyalara tamaşa ediblər.
Daha sonra qonaqlar ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Nümayəndə heyəti Heydər Əliyev Mərkəzi ilə tanış olub.
Şəxsiyyətlər Muzeyinə baş çəkən nümayəndə heyətinə ərazidə aparılmış abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat verilib.
Qonaqlar akademik Zərifə Əliyevanın adını daşıyan məktəb-liseyin həyətində dünya şöhrətli oftalmoloqun abidəsini ziyarət edib, şəhərin görməli yerlərindən olan Heydər Əliyev Seyrəngahı ilə də yaxından tanış olublar.
Şəhərlə tanışlıqdan sonra Fəvvarələr bağında Belarus incəsənət nümayəndələrinin iştirakı ilə konsert təşkil olunub.
Konsert proqramının əvvəlində Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək iki xalq arasındakı dostluq münasibətlərindən söz açıblar. Bildirilib ki, ölkələrimiz mədəniyyət, iqtisadiyyat, təhsil və digər sahələrdə yüksək səviyyədə əməkdaşlıq edir və bu münasibətlər ildən-ilə daha da genişlənməkdədir.
Konsertdə
Belarusun “Svyata”
Dövlət Xalq Musiqi
Ansamblının, həmvətənimiz, Belarus
Respublikası Prezidentinin İstedadlı gənclərə
dəstək üzrə xüsusi Fondunun təqaüdçüsü, estrada müğənnisi Günəş
Abbasovanın, bir çox
nüfuzlu beynəlxalq müsabiqələrin
laureatı bayançı Vladislav
Pliqovkanın və digər tanınmış incəsənət
ustalarının ifaları alqışlarla
qarşılanıb.
Mədəniyyət.- 2013.- 7 iyun.-
S. 8.